Rusiyanın 10 rəsmisinə ABŞ-a getməyə viza verilmədi
24 sentyabr 2019 15:18 (UTC +04:00)

Rusiyanın 10 rəsmisinə ABŞ-a getməyə viza verilmədi

Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak etməsi planlaşdırılan Rusiya nümayəndə heyətinin bəzi üzvlərinə viza verilməyib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçev bildirib.

Onun sözlərinə görə, o, özü də daxil olmaqla Rusiya Federasiya Şurasının bir neçə üzvü BMT Baş Assambleyasının illik sessiyasında iştirak etmək üçün ABŞ-a viza ala bilməyiblər və bu səbəbdən 74-cü sessiyada iştirak edə bilməyəcəklər.

 

“Beynəlxalq birlik qarşısında götürdüyü öhdəlikləri pozaraq ABŞ tərəfi BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak etmək üçün bu gün Nyu-Yorka uçmağı planlaşdıran bir sıra rəsmi nümayəndə heyətinin üzvlərinə, o cümlədən onları müşayiət edəcək bir qrup şəxsə vaxtında viza verməyib. Bu, çirkin bir hərəkətdir və izahat üçün heç bir bəhanə yoxdur”, - deyə K. Kosaçev vurğulayıb.

O qeyd edib ki, Rusiya nümayəndə heyətinin 10 üzvü viza ala bilməyib.

K.Kosaçev deyib ki, viza üçün sənədlər ABŞ səfirliyindədir: “Rusiya nümayəndə heyəti, şübhəsiz ki, BMT Baş katibi ilə bu məsələni müzakirə edəcək”.

 

 

# 686
avatar

Oxşar yazılar