309
19:01
23 Sentyabr 2019

Bacısını öldürənin işi MƏHKƏMƏDƏ

Bakıda bacısını və onun keçmiş ərini qətlə yetirməkdə təqsirləndirilən Vəli Behbudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA -nın məlumatına görə, V. Behbudovun cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azad Məcidovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.
Qeyd edək ki, hadisə bu il fevralın 5-də Binəqədi rayonu “28 May" qəsəbəsi ərazisində qeydə alınıb.
Orada yaşayan 27 yaşlı İlkin Məmmədov və Sevinc Muradzadənin küçədə meyiti tapılıb. İlkin məlumata görə, İ.Məmmədov bıçaq zərbəsi ilə, S.Muradzadə isə boğularaq qətlə yetirilib.
Hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 30 yaşlı Vəli Behbudov tutulub.
Onu da qeyd edək ki, İ.Məmmədovla S.Muradzadə əvvəllər evli olublar və sonra rəsmən boşanıblar.