Sosial şəbəkədə narkotik təbliğ edən yaxalandı
23 sentyabr 2019 12:02 (UTC +04:00)

Sosial şəbəkədə narkotik təbliğ edən yaxalandı

Sosial şəbəkələrdə bir nəfərin narkotikdən istifadənin açıq təbliğ etməsini əks etdirən videogörüntü yayılıb.
 
Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, məsələ ictimai rezonans doğurduğundan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Nəticədə narkotiki təbliğ edənin Rafiq Qulizadə olması müəyyən edilmiş və saxlanılıb.
 
Onun üzərində aparılmış şəxsi axtarış zamanı 0, 335 qram marixuana aşkar edilib.
 
Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. O, Məhkəmənin qərarı ilə 29 sutka müddətində inzibati qaydada həbs edilib.
# 366
avatar

Oxşar yazılar