258
02:56
23 Sentyabr 2019

Rus turist Kiprdə dənizdə boğuldu

Rusiyadan gələn bir turist Kiprin Protaras şəhər çimərliyində dənizdə boğulub.
APA “RİA Novosti”yə istinadla xəbər verir ki, hadisə yerli vaxtla axşam saat 17:00-da baş verib.
Polisin yaydığı məlumatda bildirilib ki, suda huşsuz vəziyyətdə olan 67 yaşlı kişi xilasedicilər tərəfindən sudan çıxarılıb və ilkin tibbi yardım göstərilib.
Rusiyalı turist təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun öldüyünü bildirib.
Turistin ölüm səbəbləri müəyyənləşdirilir.
Qeyd edək ki, Kiprdə bir gündə üçüncü belə boğulma hadisəsi qeydə alınıb.