Aldadıb 40 min aldı, polis yaxaladı
20 sentyabr 2019 13:48 (UTC +04:00)

Aldadıb 40 min aldı, polis yaxaladı

Bakı şəhər sakinləri İ.Ağayev və E.Axundzadə Nərimanov rayon Polis İdarəsinə müraciət ediblər. 
 
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, müraciətdə bu ilin iyul ayında Firdovsi adlı şəxsin aldadaraq onlardan ümumilikdə 34500 manat pul aldıqlarını bildirilib.
 
Keçirilən əməliyyat tədbirləri ilə dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Ələkbərov saxlanılıb.
 
Onun 2013-cü ilin oktyabr ayında paytaxt sakini olan daha bir qadını aldadaraq 5000 manatını alması da müəyyən edilib.
# 493
avatar

Mehman Nəbiyev

Oxşar yazılar