
Azərbaycanda cinayət törədən yeniyetmələrin sayı AÇIQLANDI

Azərbaycanda ötən il cinayət törədən 14-17 yaşlı yeniyetmələrin sayı məlum olub.
Lent.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ildə həmin yaşlarda 471 uşaq cinayət törədib. 2017-ci ildə onların sayı 486 olub.
2000-ci ildə bu göstərici 573 nəfər təşkil edib.
Cinayət törədən yeniyetmələrdən 460-ı oğlan, 11 nəfəri qız olub.
Uşaqların 115 nəfərinin yaşı 14-15, 362-nin yaşı 16-17 təşkil edib.
Qeyd edək ki, 2000-ci ildə 14-15 yaşında 111 uşaq cinayət törədib
Cinayət törədən uşaqlardan 12-si hadisəni sərxoş vəziyyətdə edib.
14-17 yaşda cinayət törədən uşaqlardan 301-i məhkum olunub.
Məkum olunanlardan 74-ü azadlıqdan məhrum edilməklə, digərləri isə islah işləri, şərti məhkum etmə, ictimai işlər və cərimə yolu ilə cəzalandırılıb.

Aygün İbrahimli
Oxşar yazılar

“Evlərimiz hər an, hər dəqiqə uça bilər” - "57 yaşlı" yataqxananın sakinləri-FOTO
17 yanvar 2021 , 16:47
Koronavirus statistikası: 845 sağalma, 322 yoluxma, 11 ölüm
17 yanvar 2021 , 16:06
Ünvanlı sosial yardım necə təyin edilir? - Nazirlikdən CAVAB-VİDEO
17 yanvar 2021 , 14:07
Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ
17 yanvar 2021 , 11:49
Dünyada bu gün-VİDEO
17 yanvar 2021 , 09:05
Şəhər və rayonlara giriş-çıxışa hansı şərtlərlə icazə veriləcək? - RƏSMİ AÇIQLAMA
16 yanvar 2021 , 19:20
Azərbaycanda son sutkada koronavirusa 402 yoluxma qeydə alındı
16 yanvar 2021 , 17:12
“Azərlotereya” Türkiyə şirkətinə verildi - RƏSMİ
16 yanvar 2021 , 16:24