279
12:19
13 Sentyabr 2019

Bu ərazilərə marşrutların sayı artırılır - AÇIQLAMA

Yeni tədris ilinin başlaması ilə əlaqədar sentyabrın 15-dən Bakı-Sumqayıt, Bakı-Xırdalan istiqamətində hərəkət edən marşrut xətlərində avtobusların sayı artırılacaq.

Bu barədə Lent.az -a Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib. O bildirib ki, avtobusların sayının artırılmasında əsas məqsəd dərs ilinin başlaması ilə bağlı tələbə və şagirdləri təhsil ocaqlarına vaxtında çatdırmaq və sıxlığın artmasının qarşısını almaqdır:

"Bu səbəbdən də daşıyıcı şirkətlərlə görüş keçirilib və avtobusların sayının artırılması üçün xüsusi tapşırıq verilib. Əsasən 595, 535 və 523 saylı marşrut xətlərinə tələbat çox oluğundan, həmin istiqamətlərdə avtobusların artırılmasına dair tələb qoyulub".