1610
13:22
07 Sentyabr 2019

Aşura günü yollar necə olacaq? - Yol polisindən AÇIQLAMA: "Əhalinin sıx toplaşdığı yerlər..."

“Polis bütün keçirilən tədbirləri əvvəlcədən bilir və bununla əlaqədar zəruri tədbirləri həyata keçirir”.
Bu sözləri Lent.az -a Aşura günü həyata keçiriləcək tədbirlərlə bağlı danışarkən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. O bildirib ki, Aşura günündə asayişin qorunmasında və təhlükəsizliyin təmin edilməsində nəzarət daha da gücləndiriləcək:
“Xüsusilə sentyabr ayının 10-da tədbirlərin keçirildiyi ərazilər – məscidlər, onlara bitişik küçə və yollar, əhalinin sıx toplaşdığı yerlər nəzarətimizdə olacaq. Polis əməkdaşları tərəfindən bütün mümkün tədbirlər həyata keçirilərək, asayiş tam qorunacaq".
Həmçinin Məhərrəm ayı sentyabrın 1-də başlayıb, Aşura günü isə sentyabrın 10-na təsadüf edəcək.
Xatırladaq ki, Məhərrəm ayı sentyabrın 1-də başlayıb. Həmçinin bu il qanvermə aksiyası ölkədə 25 şəhər–rayon üzrə 33 yerdə keçiriləcək.