413
11:17
06 Sentyabr 2019

APA TV fəaliyyətini davam etdirir - VİDEO

APA Group”un tərkibinə daxil olan APA TV fəaliyyətini davam etdirir.

APA-nın xəbərinə görə, ilk dəfə 2013-cü ildə fəaliyyətə başlayan APA TV bu gün saat 11:00-dan etibarən test yayımında efirə çıxıb.

Azərbaycanın internet məkanında fəaliyyət göstərəcək APA TV-də hər gün saat 10:00-dan 00.00-a qədər siyasi, sosial və mədəni verilişlər yayımlanacaq.

Müxtəlif mövzulu 10-dan çox verilişlə efirdə olacaq APA TV xəbər kanalı formatında fəaliyyət göstərəcək.

APA TV-nin baş redaktoru Cavid İsmayıldır.