887
12:34
03 Sentyabr 2019

"Qadınlardan Aygün, kişilərdən Zamiq "Nömrə 1"dir" - QALMAQALLI AÇIQLAMA

Müğənni Xatun Əliyeva şou-biznesdə “Nömrə 1” hesab etdiyi müğənnilərin adını açıqlayıb.

İfaçı bu barədə Lent.az -ın canlı yayımında danışıb: “Mənim üçün şou-biznesdə qadınlardan “Nömrə 1” xalq artisti Aygün Kazımovadır. O, divadır. Onun konsertinə baxanda gözlərim dolub. Bu gün “Nömrə 1” tək Aygün xanımdır. Ona çatan 2-ci bir insan yoxdur. Mən çata bilməmişəm. Şou-biznesə gənclər gəldi, soyundular, nələrsə eləməyə çalışdılar, amma yenə də alınmadı. Aygün xanımın son konsertləri, bədən quruluşu mənə stimul verir. Məndə özünə güvən yaradır, düşünürəm ki, 50 yaşımda elə ola bilərəm. Fikir verirsinizsə, Aygün xanımda son 3 ilin ərzində çevriliş oldu.

Bəylərdən isə Zamiq Hüseynovun adın çəkə bilərəm. Mənim üçün kişilərdən “Nömrə 1” odur. Onun geyim tərzi, seçimləri, mahnıları da yaxşıdır. İlk ağlıma o gəldisə, demək ki, o, “Nömrə 1”dir. Aygün Kazımovanı isə artıq heç kim müzakirə edə bilməz. Çünki artıq o etapı keçib”.

Xatun onu da bildirib ki, şou-biznesdə özünə ulduz deyən bir çoxlarının artıq ulduzu sönüb: “Şou-biznesdə elə müğənnilər var ki, ətrafları onları ulduz kimi təqdim edir. Amma elə deyillər. Mən onu ulduz görmürəm. Son günlər ürəyə toxunan mahnılar da görmürəm. Məsələn, mən Sevda Ələkbərzadəyə, Aygün xanıma qulaq asıram. Hamının qulaq asdığı mahnıları mən dinləyə bilmərəm. Bəzi müğənnilər var ki, müəyyən məşhurluğu əldə ediblər, o yerdən enməyə qorxurlar. Mən elə müğənniyəm ki, o səviyyəmi qoruyub saxlaya bilmişəm. Mən görürəm kİ, bəzi müğənnilər bir vaxtlar sevilirdi, amma indi onlara reaksiya verən yoxdur. Pərt olmaqları efirdən və İnstaqramdan bilinir. Üzümüzdən iraq”.