12:25
02 Sentyabr 2019

“Yuğ”un və Vaqif İbrahimoğlunun yubileyi keçiriləcək

Yeni teatr mövsümündə “YUĞ” Dövlət Teatrı 30 illiyini qeyd edəcək.

Teatrdan Lent.az -a verilən məlumata görə, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq yubiley tədbiri ilin sonlarına planlaşdırılır.

Bununla yanaşı, teatrın qurucusu Vaqif İbrahimoğlunun 70 illik yubileyinə həsr olunmuş təntənəli yubiley tədbirlərinin keçirilməsi də nəzərdə tutulur.

Dİgər xəbərlər