489
10:47
02 Sentyabr 2019

Bakıda teatr festivalı başlayıb

Sentyabrın 1-dən Bakıda Rusiyanın E.Vaxtanqov adına Akademik Dövlət Teatrının qastrol səfəri başlayıb. 3-cü Beynəlxalq M.A.P Teatr Festivalı çərçivəsində oynanılan tamaşalar bayramının adı Musiqi, Art və Performans sözlərinin birləşməsindən yaranıb.

Bu barədə Lent.az -a M.A.P-ın Bədii Rəhbəri Kamran Şahmərdan məlumat verib.

Bakılı teatrsevərlər açılışda "Yevgeni Onegin" əsərinin tamaşasına baxıblar. 3 saat davam edən tamaşa alqışlarla qarşılanıb.

Xatırladaq ki, tamaşa növbəti dəfə sentyabrın 2-si və 3-də olacaq.

Oktyabr ayına qədər davam edəcək Festivalda Sankt-Peterburqun "Kukolnıy dom" , Avropa Teatrı, Yeni Riqa Teatrı ilə yanaşı, Macarıstan, Böyük Britaniya, İsrail, İspaniya, Latviya və Finlandiyadan gəlmiş Teatr truppaları çıxış edəcəklər.

3-cü M.A.P Beynəlxalq Teatr Festivalının Proqramı belədir:

1-3 sentyabr

Vaxtanqov Teatrı – “Yevgeni Onegin” saat 19:00

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

3 sentyabr

Vaxtanqov Teatrı – “Lanqustun harayı” saat 19:00

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı

4 sentyabr

Vaxtanqov Teatrı – “Medeya” saat 19:00

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı

12 oktyabr

“Kukolnıy dom” Teatrı – “Zoluşka” saat 12:00

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı

Yeni Riqa Teatrı – “Sonya” saat 20:00

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

13 oktyabr

“Kukolnıy dom” Teatrı – “Yatmış gözəl” saat 12:00

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı

Avropa Teatrı – “Vanya teatrı” saat 20:00

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı

15 oktyabr

OLÉ! – “Üç coşqun gitara” saat 20:00

Bakı Musiqi Akademiyasının Opera Studiyası

16 oktyabr

“WHS” Teatrı – “Gediş tamaşası” saat 20:00

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

17 oktyabr

“Kibbutz” Müasir Rəqs Şirkəti – “Sığınacaq” saat 20:00

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

18 oktyabr

“Sardegna” Teatrı – “Maqbet” saat 20:00

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı

19 oktyabr

“Atelye” Teatrı – “Moscowboys” saat 20:00

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

20 oktyabr

“Recircuel” Şirkəti – “Paris gecələri” saat 20:00

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı