Opera və Balet Teatrı mövsümü “Koroğlu” ilə açır
28 avqust 2019 19:25 (UTC +04:00)

Opera və Balet Teatrı mövsümü “Koroğlu” ilə açır

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni mövsümü “Koroğlu” operası ilə açacaq.

Teatrdan Lent.az-a verilən məlumata görə, sentyabrın 19-da Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq tamaşada Koroğlu obrazını Əməkdar artist Ramil Qasımov canlandıracaq. Ötən mövsüm teatrda hazırlanan Fikrət Əmirovun “Nəsimi” baleti bu mövsüm də repertuara daxil edilib.

Səhnə əsəri sentyabrın 22-də Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq. “Nəsimi” baleti böyük şairin 650 illiyi münasibətilə ilk dəfə bu ilin mayında nümayiş olunub

# 792
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar