



Xaçmazda iki kəndin qazı kəsildi – SƏBƏB
Bu gün gecə saatlarında Xaçmaz rayonu, Nabran kəndində avtomobil qəzası zamanı Seyidli ve Xuray kəndlərini qidalandıran tənzimləyici şkaf zədələnib.
Lent.az -a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, nəticədə hər iki kəndin 180 abonenti qazsız qalıb.
Qəzanı törədən avtomobil isə daha sonra başqa kəndin ərazisində tapılıb. Hazırda ərazidə qaz təchizatının bərpası işlər görülür.