177
19:12
26 Avqust 2019

Növbəti "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin açılışı oldu

"Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin məqsədi gənclərdə döyüş ruhunun yüksəldilməsi və hərbi-vətənpərvərliyin artırılmasıdır".
APA xəbər verir ki, bunu III "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Agentlik sədri qeyd edib ki, III "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsi bu günə qədər keçirilən ən yüksək tədbirlərdən biridir:
""Hərbiyyə" hər dəfə daha çox gəncimizi əhatə edir. Bu gün "ASAN Könüllülər"i 15 mindən artıq gənci öz ətrafında birləşdirib. Könüllülər bu günə qədər 500 layihə həyata keçiriblər. "Hərbiyyə" bugünkü şəraitdə Azərbaycan gəncinin ən vacib və faydalı tədbirlərindən biridir. Hər birimiz Azərbaycan əsgəriyik. Bu gün əsgərimizin xidmət etməsi üçün hər cür şərait yaradılıb. Bizə qalan dövlətə, dövlətçiliyə və Ali Baş Komandana sədaqətlə xidmət etməkdir. Gələcəkdə bu düşərgədə iştirak edən gənclərin sayı daha da artırılacaq".