Morales G7 liderlərinə səsləndi: "Amazonda yanğınlarla mübarizəyə kömək edin"
26 avqust 2019 09:44 (UTC +04:00)

Morales G7 liderlərinə səsləndi: "Amazonda yanğınlarla mübarizəyə kömək edin"

Boliviya hakimiyyəti G7 liderlərini ölkəyə gəlməyə dəvət edib və Amazonda baş verən yanğınla mübarizədə kömək etməyə səsləyib. 
 
APA Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Boliviya Prezidenti Evo Morales Twitter səhifəsində qeyd edib. 
 
"Amazon-dakı yanğından zərər çəkmiş ölkələrə təcili yardım etmək istəyini ifadə edən G7-nin mövqeyini alqışlayırıq. Prezident Emmanuel Makron və həmkarlarını əməkdaşlıq vədlərini yerinə yetirmək üçün Boliviyaya gəlməyə dəvət edirik" - deyə, Morales yazıb.
 
Prezident geniş ərazini əhatə edən yanğın səbəbindən ölkədə dövlət başçısı postuna keçiriləcək seçkiöncəsi kampaniyanın təxirə salınaraq vaxtının oktyabrın 20-ə keçirildiyini də vurğulayıb.
 
Qeyd edək ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Macron G7 ölkələrinin liderlərinin meşə yanğınları ilə əlaqədar Amazon ölkələrinə kömək etməyin lazım olduğuna söyləmişdi. 
# 492
avatar

Oxşar yazılar