Zəvvarlarımızın sonuncu qrupu Həcc ziyarətindən geri döndü
25 avqust 2019 22:57 (UTC +04:00)

Zəvvarlarımızın sonuncu qrupu Həcc ziyarətindən geri döndü

 
 
 
 
Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu Vətənə geri dönüblər.
 
Bunu APA-ya  açıqlamasında Azərbaycan Həcc missiyasının üzvü Vüsal Cahangiri bildirib. 
 
Onun sözlərinə görə, sonuncu qrupda 159 zəvvar olub. 
 
Qeyd edək ki, zəvvarların ilk qrupu avqustun 21-də Azərbaycana qayıdıb. 
 
Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota ayrılmışdı. Həcc ziyarətinin qiyməti isə 4285 ABŞ dolları olub.
# 491
avatar

Oxşar yazılar