Portağal qabığı mürəbbəsinin hazırlanması - <span style="color:red;">Usta öz sirlərini açır : <span style="color:red;">Lent.az-ın mətbəxi
25 avqust 2019 14:52 (UTC +04:00)

Portağal qabığı mürəbbəsinin hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

 
Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “Lavanda618” adı ilə məşhur olan ustanın Portağal qabığı mürəbbəsini necə hazırlaması ilə tanış edəcəyik.
 
Tərkibi:
 
4 portağal, 2 stəkan şəkər tozu, 1/2 stəkan su, 1 stəkan portağal suyu
 
Hazırlanma qaydası:
 
Portağalın qabığını çıxarırıq, sonra doğrayıb sapa düzürük. Daha sonra qabda su götürüb həmin portağalın qabığını 1 və ya 2 gün suyunu dəyişmək şərti ilə saxlayırıq. Qabıqları iki gün suda saxlayandan sonra mürəbbə bişirmək üçün şirəni hazırlayırıq. Ləyənə şəkər tozunu, suyu və portağalın şirəsini əlavə edirik. Şirə qaynamağa başladıqda üstündəki köpükləri yığırıq. Daha sonra portağalın qabığını tökürük. Qaynamağa başladıqdan 40-45 dəqiqə sonra baxırıq əgər mürəbbə bişibsə qabıqları sapadan ayırırıq və bankaya yığıb sərin yerdə saxlayırıq.
Nuş olsun!

# 1070
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar