486
22:23
24 Avqust 2019

Goranboyda baş vermiş ağır yol qəzasında ölən şəxsin kimliyi məlum olub - FOTO - YENİLƏNİB

Goranboyda baş vermiş ağır yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

APA -nın Mingəçevir bürosunun məlumatına görə,rayonun Veyisli kəndində yük və minik avtomobillərinin toqquşması nəticəsində sonuncuda olan 1955-ci il təvəllüdlü Tərtərrayon sakini Əhmədov Rasim Məhəmmməd oğlu dünyasını dəyişib. Minik avtomobilində xəsarət alan daha 3 nəfər -1962-ci il təvəllüdlü Rüstəmova Şahnaz Məhəmməd qızı,1960-cı il təvəllüdlü Rüstəmov Natiq Qulu oğlu,1956-cı il təvəllüdlü Babayev Ədalət Əhməd oğlu və1998-ci il təvəllüdlü Əlizadə Şövkət Taleh qızı rayon xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, qəza nəticəsində "KamAZ" markalı yük maşınında da iki nəfər - 21 yaşlı Elmir Şirinov və 17 yaşlı Elvin Şirinov xəsarət alaraqGəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasınaçatdırılıb.

***

Saat 21:46

Goranboy rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA -nın yerli bürosunun məlumatına görə, avtoqəza Goranboy-Borsunlu yolunun Veyisli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bildirilir ki, "KamAZ" markalı yük maşını ilə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində sonuncuda olan bir nəfər hadisə yerində dünyasını dəyişib. Qəza zamanı xəsarət alanların olduğu da deyilir.

Avtqəzanın səbəbləri araşdırılır.