201
10:00
24 Avqust 2019

Gəncədə ahıl qadın hovuza düşərək öldü

Gəncdə bədbəxt hadisə baş verib.
APA -nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çarıqçılar küçəsində qeydə alınıb. Belə ki, şəhər sakini 75 yaşlı Nafilə Məmmədova yaşadığı evin həyətində hovuzu doldurarkən ehtiyatsızlıqdan suya düşərək boğulub.
Faktla bağlı araşdırma aparılır.