125
08:32
24 Avqust 2019

Ağcabədi sakini Bakıda müalicə olunduğu klinikadan çıxaraq itkin düşüb

Yasamal rayonunda 39 yaşlı kişi itkin düşüb.
APA xəbər verir ki, Ağcabədi rayon sakini 1980-ci il təvəllüdlü Ramid İbişov Yasamal rayonunda yerləşən klinikalardan birində müalicə olunurmuş. Sonuncu dəfə o, klinikadan çıxaraq itkin düşüb. R.İbişovdan hələ də heç bir xəbər yoxdur.
Həmin şəxs axtarılır.