Texnologiyalar insanlara özlərini cavan hiss etməyə kömək edir - TƏDQİQAT
23 avqust 2019 18:34 (UTC +04:00)

Texnologiyalar insanlara özlərini cavan hiss etməyə kömək edir - TƏDQİQAT

 
“Lenovo” şirkəti tədqiqat apararaq texnologiyaların insanları özlərini daha cavan və sağlam hiss etməyə məcbur etməsini açıqlayıb. Şirkətin qənaətinə görə, innovasiyalar və rifah arasında birbaşa bağlılıq mövcuddur.
 
 
Lent.az “ictnews”a istinadən xəbər verir ki, şirkətin mütəxəssisləri ABŞ, Meksika, Braziliya, Çin, Hindistan, Yaponiya, Böyük Britaniya, Almaniya, Fransa və İtaliya daxil olmaqla bütün dünya üzrə 15 min nəfərin rəyini öyrəniblər.
 
Məlum olub ki, respondentlərin 45 faizi informasiya texnologiyaları sayəsində özünü daha cavan hiss edir. Müasir texnologiyalardan aktiv istifadə edən insanlar özlərini orta hesabla 11 yaş cavan hiss edirlər.
 
 
Məsələn, Çində sorğu iştirakçılarının 70 faizi bildirib ki, texnologiyalar onları özünü daha yaxşı hiss etməyə məcbur edir. Onların sözlərinə görə, texnologiyaların inkişafı və onlardan sadə istifadə nəsillər arasında əlaqə yaratmağa imkan verir.
 
 
Tədqiqatdan məlum olub ki, texnologiyalar yaşlı nəslə gənclərlə ümumi dil tapmağa, eləcə də özlərini daha cavan və məlumatlı hissə etməyə kömək edir. Respondentlərin 75 faizi qeyd edib ki, texnologiyalar onlara uzaqda yaşayan ailə və dostlarla əlaqə qurmağa şərait yaradır.
 
 
Şirkət analitikləri bildirib ki, texnologiyalar insanların, xüsusilə valideynlərin psixi sağlamlıq və rifahına müsbət təsir göstərir. İşləyən valideynlərin 78 faizi qeyd edib ki, texnologiyalar onlara evdən uzaqda olanda da uşaqlarla emosional əlaqəni hiss etməyə kömək edir. Rəyi soruşulanların 85 faizi etiraf edib ki, yeni texnologiyalar sayəsində onlar uşaqların təhlükəsiz olmasını daha əminliklə hiss edirlər.
 
Ümumilikdə respondentlərin 84 faizi vurğulayıb ki, texnologiyalar onlara həyatı yaxşılaşdırmağa imkan verib.
# 419
avatar

Oxşar yazılar