Bakıda azyaşlını cərəyan vurub öldürdü
23 avqust 2019 17:44 (UTC +04:00)

Bakıda azyaşlını cərəyan vurub öldürdü

Bakıda azyaşlı faciəli şəkildə ölüb.
 
APA-nın məlumatına görə, hadisə paytaxtın Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 8 yaşlı Ələkbərov Ələkbər Yusif oğlu qəsəbə ərazisində yerləşən yüksək gərginlikli elektrik paylayıcısının korpusuna toxunub və o elektrik cərəyanının vurması nəticəsində hadisə yerində ölüb.
 
APA-nın əldə etdiyi məlumata görə, azyaşlı pişiklə oynayarkən heyvan qaçaraq elektrik paylayıcısının korpusuna girib. Uşaq da pişiyin dalınca gedib və nəticədə onu cərəyan vuraraq öldürüb.
 
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
# 755
avatar

Oxşar yazılar