Peşə məktəblərinə sənəd qəbulunun ikinci turu başlayır
23 avqust 2019 17:12 (UTC +04:00)

Peşə məktəblərinə sənəd qəbulunun ikinci turu başlayır

Avqustun 28-də peşə təhsili müəssisələrinə boş qalan yerlərə sənəd qəbulu başlayır.

Bu baradə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçiriləcək.

İkinci turla bağlı sənəd qəbulunun  “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur.

Sənəd qəbulu prosesi sentyabrın 5-dək davam edəcək.

 

 

 

 

 

 

# 700
avatar

Aygün İbrahimli

Oxşar yazılar