Sabiq deputat imkansız tələbələrə kömək edəcək
23 avqust 2019 12:22 (UTC +04:00)

Sabiq deputat imkansız tələbələrə kömək edəcək

Sabiq millət vəkili Gülər Əhmədova “Savadlı Gələcək Naminə” adlı səhifə yaradıb.
 
Lent.az-a açıqlama verən Gülər Əhmədova səhifəni yaratmaqda məqsədinin imkansız tələbələrə kömək etmək olduğunu bildirib.
 
O deyib ki, təhsil eksperti Kamran Əsədovun son 5 il ərzində 7 mindən çox tələbənin ödəniş edə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olması ilə yaydığı məlumatdan sonra bu fikrə gəlib.
 
Onun sözlərinə görə, Azərbaycanda təhsil alan gənclərin sayı bəzi ölkələrdən aşağıdır:
 
“Azərbaycanda təhsil alan gənclərinin aşağı olması ölkəmiz üçün ciddi problemdir. Ali təhsilli gənclərin sayını artırmaq üçün çalışmalıyıq. Sosial şəbəkələrdə təhsil almaq istəyən, amma maddi imkansızlıq ucbatından bu arzusunu yerinə yetirə bilməyən tələbələrə dəstək olmaq istəyən bir çox insanların olduğunu müşahidə etdim. Qərara gədik ki, bu cür tələbələrə kömək etməyi asanlaşdırmaq üçün belə bir səhifə yaradaq. Çünki bu vasitə ilə həmin  tələbələrə kömək etmək asan olacaq. Təklifim budur ki, imkanı olmayan gənclər həmin səhifəyə ad və soyadlarını, oxuduqları məktəbi qeyd etsinlər. Əminəm ki, imkanı çatan hər kəs tələbələrimizin təhsil alması üçün öz köməyini əsirgəməyəcək”.
# 1917
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar