<span style="color:red;"> Diqqət!  Bu yollarda rənglənmə işləri aparılacaq
23 avqust 2019 11:49 (UTC +04:00)

Diqqət! Bu yollarda rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli Axundov bağının ətrafı, Səid Rüstəmov və Əhməd Cavad küçələrində  üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a bildirilib ki, bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.


 

 

 

 

 

# 418
avatar

Aygün İbrahimli

Oxşar yazılar