Yardımlıda dağlarda baş verən yanğın söndürüldü
22 avqust 2019 18:50 (UTC +04:00)

Yardımlıda dağlarda baş verən yanğın söndürüldü

 
 
Avqustun 21-də Yardımlı rayonunun Ləzir kəndi yaxınlığında dağlıq zonada başlamış yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən söndürülüb.
 
Bu barədə Lent.az-a FHN-in mətbuat xidmətindən bildirilib.
 
Qeyd edək ki, avqustun 21-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yardımlı rayonunun Ləzir kəndi yaxınlığında dağlıq zonada yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
# 538
avatar

Oxşar yazılar