Qubadakı yol qəzasında iki nəfər öldü
22 avqust 2019 12:35 (UTC +04:00)

Qubadakı yol qəzasında iki nəfər öldü

Avqustun 21-də saat 15 radələrində Quba rayonunun Rustov kəndi ərazisində kənd sakini C.Baxışov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmkəndlisi 5 yaşlı Renat Orucəliyevi vurub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, xəsarət alan R.Orucəliyevi qonşusu Emin Əzizov “VAZ-2107” markalı avtomobilində xəstəxanaya apararkən 1-ci Nügədi kəndi ərazisində idarə etdiyi nəqliyyat vasitəsini qarşıda gedən Xırdalan şəhər sakini E.Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurub və E.Əzizovun avtomobili yolun kənarındakı maneəyə çırpılıb.
 
E.Əzizov və R.Orucəliyev hadisə yerində ölüblər.
# 520
avatar

Oxşar yazılar