Oğurluq edən keçmiş məhkum tutuldu
22 avqust 2019 12:31 (UTC +04:00)

Oğurluq edən keçmiş məhkum tutuldu

Xətai rayonunda avtomobildən oğurluq edən şəxs saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Xətai rayon Polis İdarəsi 34, 35 və 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 19-da rayon ərazisində 2 avtomobildən 2800 manat pul, 2 ədəd mobil telefon və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Cəlilov saxlanılıb.
 
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki daha 6 avtomobildən pul, sənəd, videoqeydiyyat qurğusu, akkumulyator və kosmetik əşyalar oğurlaması da müəyyən edilib.
# 530
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar