İctimai qaydanın qorunması həm də vətəndaşdan asılıdırsa... – NƏ ETMƏLİ?
22 avqust 2019 10:53 (UTC +04:00)

İctimai qaydanın qorunması həm də vətəndaşdan asılıdırsa... – NƏ ETMƏLİ?

 
Valideyninin azyaşlını ayağından zəncirlənməsi barədə fakt ictimailəşməzdən bir gün öncə Bakı şəhər Baş Polis idarəsinə daxil olub. 
 
Sosial şəbəkə vasitəsilə faktı ötürən şəxs öz anonimliyini xahiş etməklə, rastlaşdığı hüquqazidd əməl barədə polisi məlumatlandırmaqla vətəndaşlıq mövqeyi nümayiş etdirib. Faktın təsdiqini tapması, Kütləvi İnformasiya Vasitələrinin məsələyə həssas münasibəti göstərir ki, ətrafımızda rastlaşdığımız hüquqazidd əməllər barədə polisin məlumatlandırılması cəmiyyətimizdə sosial-neqativ hallara qarşı mübarizənin yaxşılaşmasına xidmət edir. 
 
Sosial şəbəkələrdə və digər ictimai yerlərdə “Polis bilir”, “Polis məlumatlıdır”, “Polisin işidir, mənə nə...”, “Polis görmür?” - deyə səsləndirilən şüarlarla müzakirə olunan hüquqazidd əməllər, əhəmiyyətinə və mənəvi yükünə görə, ictimai məsuliyyətsizlikdir, yaxud səhlənkarlıqdır. Paytaxtımızda ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı qorunması və təminatı hər birimizin üzərinə düşür. 
 
polis mayoru Elşad Hacıyev,
Bakı şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəhbəri
 
 
# 527
avatar

Oxşar yazılar