Bakıdakı qəzada yaralanan 3 qadın xəstəxanaya düşdü
22 avqust 2019 09:18 (UTC +04:00)

Bakıdakı qəzada yaralanan 3 qadın xəstəxanaya düşdü

Buzovna-Maştağa yolunda avtomobil qəzası baş verib.
 
Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, qəza zamanı 3 qadın yaralanıb.
 
47 yaşlı qadın sağ bazu sümüyünün yerdəyişmiş sınığı, 59 yaşlı qadın sağ baldırın əzilməsi, 61 yaşlı qadın isə alının hematoması diaqnozu ilə 3 saylı xəstəxanaya çatdırılıblar. Onların vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.
# 407
avatar

Oxşar yazılar