213
14:25
21 Avqust 2019

“Linfild”in müdafiəçisi: “Qarabağ” bir addım öndədir”

“Qarabağ”la sınağa “Sutyeska” ilə son matçdakı motivasiya ilə çıxacağıq. Yenə də cütün favoriti rəqib komanda olacaq”.
APA -nın məlumatına görə, bunu Şimali İrlandiyanın “Linfild” klubunun futbolçusu Mark Stafford deyib.
Müdafiəçi Avropa Liqasının pley-off mərhələsinin sabah Azərbaycan çempionu “Qarabağ”a qarşı keçiriləcək ilk oyunu barədə fikirlərini açıqlayıb: “Həm də “Qarabağ” səviyyəsinə görə bir addım öndədir. Buna baxmayaraq, rəqibi yaxşı analiz edib, matça köklənib, öz oyunumuzu oynayacağıq. Səylə məşq edib, tam hazır vəziyyətdə meydana çıxacaq və yaxşı nəticə qazanmağa çalışacağıq. Görüşlərə planımızla və özünəinamla çıxmaq niyyətindəyik. Oyunla bağlı yaxşı düşüncələrimiz var. Onlarla nəyə nail olacağımızı sabah görəcəyik. Çox yaxşı rəqiblə iki çətin oyunumuz olacaq. Amma uğur qazanmaq potensialımız da var. Avropa yürüşümüz möhtəşəm alınıb. Bunu qrup mərhələsi ilə davam etdirmək istəyirik”.
Qeyd edək ki, “Qarabağ”la “Linfild” arasında ilk oyun sabah Belfastda, cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.