- İlk səhifə
- YAZARLAR


Səhər Əhməd
Məqalə sayı
7
Qadınlar susaraq getməz
"Qadınlar susaraq gedər".
Fəqət... Gedənə qədər o qədər danışar ki, yazsan, kitab olur. "Bir Quranlıq" sözü anlamayan əks cins bir cümləlik gedişi elə anlayar ki...Çünki əməllər sözlərdən qəddardı, çünki gedişlər qalışlar qədər rəhmedən və bağışlayan deyil.
Son gedişəcən yüz kərə gedər qadın, ürəyində yol qət edər, yavaş-yavaş, misqal-misqal uzaqlaşar. Arxadan kiminsə onu çağırmasına ümid edərək gedər. O qədər uzaqlaşar ki, artıq geriyə yol qalmaz, sözün bitdiyi yer başlayar və bu dəfə sözün həqiqi mənasında gedər qadın...
“Qadınlar susaraq gedər”
Fəqət...
Son gedişəcən vuruşar onu qovan səbəblərlə. Öz pasiyentini xilas etmək üçün əlindən gələni edən bir cərrah kimi çabalar göstərər sevginin son nəfəsinə qədər. Bir cərrahın xəstə "eks" oldu deyə əməliyyat masasından qalxmasına bənzər qadının gedişi. Onun sevgisi "eks" olmuşdur. Sevgisinin öldüyü yerdə hansı qüvvə tuta bilər ki qadını?!
“Susmuş qadın, getmiş qadındır”, bəli, həm də bitmiş qadındır. Amma bitənlər bitirənlərdən daha rahat, çünki daha günahsız.
Sevgi toplama əməlidir, əgər toplananların yerini dəyişəndə cəm dəyişmirsə, ayrılıq da çıxma əməlidir, gedən çıxılandısa, qalan azalandı..
...Qadınlar gedər, bəli, amma susaraq getməz, gedərək susar...
XƏBƏR LENTİ

-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
- XƏBƏR ARXİVİ
TOP 10

- Rafael Dadaşovun hansı xəstəlikdən əziyyət çəkdiyi bilindi - AÇIQLAMA - YENİLƏNİB
- DİQQƏT! Azərbaycanda bu maşınların qiyməti kəskin artacaq
- BDU-nun tələbəsinin ölümü ilə bağlı YENİ MÜƏMMA - Baş toksikoloq DANIŞDI
- Hava kəskin DƏYİŞƏCƏK: XƏBƏRDARLIQ
- 500 min sənədsiz evlə bağlı Bakı Şəhəri İcra Hakimiyyətindən AÇIQLAMA
- Bu beşmərtəbəli binalar söküləcək: "Binaların yaşı artıqca..."
- Şuma çırpılan təyyarə, morqda görüş, sahibinə qaytarılan qızıllar – Səbuhi Məmmədli yazır
- Yataq xəstəsi olan Rafael Dadaşovun xəstəxanadan ƏN SON VİDEOSU
- Bakıda zəhərlənib ölən tələbə ilə bağlı YENİ XƏBƏR - FOTO - YENİLƏNİB
- "Ermənilər Bakıda" videosunu çəkənlərin kimliyi bilindi - VİDEO