109
14:03
21 Avqust 2019

Sənədsiz ov tüfəngi aşkarlandı

İsmayıllı sakinində sənədləri olmayan ov tüfəngi aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, İsmayıllı RPŞ-nin əməkdaşları tərəfindən Pirəbilqasım kənd sakini B.Əhmədovdan 1 ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.