Siyəzəndə iki maşın toqquşdu: çox sayda yaralı var
21 avqust 2019 09:54 (UTC +04:00)

Siyəzəndə iki maşın toqquşdu: çox sayda yaralı var

Siyəzən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Siyəzən-Qalaaltı yolunda qeydə alınıb. İki minik maşınının toqquşması nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlardan 4-ü ilkin tibbi yardımdan sonra evə buraxılıb, 4-nün müalicəsi isə mərkəzdə davam etdirilir.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
# 440
avatar

Oxşar yazılar