Həlak olan pilot II Fəxri Xiyabanda dəfn olundu - <span style="color:red;">FOTO  - <span style="color:red;">YENİLƏNİB - 2
21 avqust 2019 11:48 (UTC +04:00)

Həlak olan pilot II Fəxri Xiyabanda dəfn olundu - FOTO - YENİLƏNİB - 2

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin dəfn mərasimi keçirilib.
 
APA xəbər verir ki, II Fəxri Xiyabanda keçirilən dəfn mərasimində yaylım atəşi açılıb və pilot Azərbaycan himninin sədaları altında torpağa tapşırılıb.
 
11:19
 
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi başa çatıb.
 
APA xəbər verir ki, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində baş tutan vida mərasimi başa çatdıqdan sonra pilotun nəşi dəfn olunmaq üçün II Fəxri Xiyabana yola salınıb.
 
11:02
 
Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində vida mərasimi keçirilir. 
 
Bu barədə Lent.az-a  Müdafiə Nazirliyindən məlumat verilib. 
 
09:15
 
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi başlayıb.
 
APA xəbər verir ki, pilotla vida mərasimi Yeni Yasamaldakı evinin həyətində keçirilir. Saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla rəsmi vida mərasimi keçiriləcək. Pilot daha sonra II Fəxri Xiyabanda dəfn ediləcək.
 
Mərhumun qayınatası, politoloq Qabil Hüseynli APA-ya bildirib ki, pilotun 3 və 7 mərasimi sabah, yəni iyulun 22-də Heydər Məscidində keçiriləcək.
# 8591
avatar

Oxşar yazılar