280
14:41
20 Avqust 2019

Azərbaycan millisinin heyətində dəyişiklik edildi - SƏBƏB

Bakıda təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
APA -nın məlumatına görə, yığma üzvü Poletto Fabio Xose hazırlığa qatılmayacaq.
O, şərəfini qoruduğu İtaliyanın “Feldi Eboli” klubunun müraciəti əsasında toplanışından azad edilib.
Qeyd edək ki, Azərbaycan millisi avqustun 26-da və 28-də müvafiq olaraq Minskdə və Borisovda Belarus yığması ilə yoldaşlıq oyunları keçirəcək.