98
08:34
20 Avqust 2019

Ceyranbatanda 4 otaqlı ev yandı

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən APA -ya verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.