410
03:56
20 Avqust 2019

Bakıda “Favorit” market yanıb, 1 nəfər tüstüdən zəhərlənib - FOTO - VİDEO

Binəqədi rayonu 9 mikrorayon ərazisində Mircəlal Paşayev küçəsində yerləşən “Favorit” marketdə yanğın hadisəsi baş verib.
APA xəbər verir ki, yanğın nəticəsində əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə bölməsinin 4 briqadası cəlb olunub.
Binəqədi rayon Polis İdarəsinin və mühafizə polisinin əməkdaşları da hadisə yerindədir.
Yanğın marketin anbarında baş verib. Anbardan malları çıxararkən mühafizə polisinin bir əməkdaşı - Elnur Niftəliyev tüstüdən zəhərlənib. O, dərhal 1 saylı şəhər xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib.
Marketin rəhbərliyindən APA -ya verilən ilkin məlumata görə, yanğının baş verməsinə səbəb anbarda elektrik naqillərində yaranmış qısaqapanma olub.
Yanğın FHN-in yanğından mühafizə bölməsi tərəfindən tam söndürülüb.
Faktla bağlı araşdırma aparılır.