242
02:12
20 Avqust 2019

Yol qəzasında xəsarət alan 5 nəfərdən biri dünyasını dəyişdi - FOTO - YENİLƏNİB

Tovuzda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 5 nəfərdən biri dünyasını dəyişib.
APA -nın yerli bürosunun məlumatına görə, vəfat edən - 22 yaslı Səmədov Murad Qosqar oğludur.
****
00:14
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb.
Belə ki, 1990-cı il təvvəllüdlü Nəbi Namazlı idarə etdiyi “Mercedes” markalı maşınla hərəkətə olarkən idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü və avtomobildə olan 22 yaslı 2 sərnişin – Səmədov Murad Qosqar oğlu və Aslanov Taleh Valeh oğlu, 23 yaşlı Namazov Səid Səfər oğlu, 24 yaşlı Əmraslanov Emil Nofəl oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.