124
00:34
20 Avqust 2019

Bakıda yol qəzasında 4 nəfər yaralandı

Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində yolda 2 avtomobil toqquşub, 4 nəfər yaralanıb.
APA xəbər verir ki, hadisə Suraxanı rayonunda, "Buta Palace"-ın yaxınlığında baş verib.
"BMW X5" markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olan zaman idarəetməni itirərək eyni yolda hərəkətdə olan "VAZ 2104" markalı minik avtomobilinə çırpılıb.
Qəza zamanı "VAZ 2104"-də olan 4 nəfər - 1993-cü il təvəllüdlü Əliyev Coşqun Vəli oğlu, 1994-cü il təvəllüdlü Məmmədzadə Hacı İntiqam oğlu, 1996-cı il təəvəllüdlü Gözəlov Yavər Mehman oğlu və 1987-ci il təvəllüflü Nurullayev Ceyhun Təvəkkül oğlu yaralanıb.
Xəsarət alan şəxslər təcili olaraq xəstəxanaya çatdırılıb. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.