405
00:02
20 Avqust 2019

Jurnalistin qardaşının evi ikinci dəfə qarət olundu - FOTO VİDEO

Binəqədi rayonunda evdən qızıl-zinət əşyaları oğurlanıb.
APA xəbər verir ki, hadisə Biləcəri-Binəqədi yolu, döngə 1 ünvanında baş verib.
Belə ki, Vüqar Dərziyevə məxsus fərdi yaşayış evindən naməlum şəxslər 5 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Ekspertlər əl izlərini müəyyən edib. Araşdırma aparılır.
Ev sahibi V.Dərziyevin APA -ya verdiyi məlumata görə, iki il öncə evindən oğurluq edilib. Bundan əlavə ətrafda yerləşən yaşayış evlərindəndə oğurluq edilib.
Qeyd edək ki, V.Dərziyev jurnalist Elnarə Dərziyevanın qardaşıdır