207
21:31
19 Avqust 2019

Bakıda yaşlı kişinin ölümü ilə nəticələnən yol qəzası olub

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın məlumatına görə, saat 17:00 radələrində Bəbək prospektində baş verən qəzada avtomobil 1936-cı il təvəllüdlü kişini vurub.
Yaralı aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Onun kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.