198
20:45
19 Avqust 2019

Kənd sakini elektrik cərəyanı vurması nəticəsində öldü

Neftçala rayonunda bədbəxt hadisə baş verib.
APA -nın mil-muğan bürosundan verilən məlumata görə, rayonun Qaraqaşlı kənd sakini, 1979-cu il təvəllüdlü Şükürov Rüstəm Yaqub oğlu 19:00 radələrində qohumunun həyətində işıq dirəyində iş görərkən ehtiyatsızlıq səbəbindən elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.