227
17:01
19 Avqust 2019

“Sosium” yenidən APA TV-nin efirində!

Efir hazırlıqları davam edən APA TV-nin ilk veriliş anonsu yayımlanıb.
APA -nın xəbərinə görə, “ APA Group”a daxil olan internet televiziyasının ilk anonsu “Sosium” verilişi ilə bağlı olub.
APA TV-nin sevilən verilişlərində olan “Sosium”un aparıcısı Sevinc Vaqifqızı olacaq.
Proqramda cəmiyyəti narahat edən sosial problemlərə toxunulacaq, aidiyyəti qurumların rəhbərləri və nümayəndələri vətəndaşları narahat edən suallara aydınlıq gətirəcəklər.