142
18:35
19 Avqust 2019

Avtomobil oğrusu tutuldu

Binəqədidə avtomobil oğurlayan şəxs tutulub.
Əlahiddə Çevik Polis Alayı və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqutun 18-də rayon ərazisində Bakı şəhər sakini Ş.Xəlilova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Rüstəmli və əvvəllər məhkum olunmuş E.Əsədli saxlanılıb.
Onların avqustun 16-da rayon ərazisindəki bir avtomobildən oğurluğa cəhd göstərmələri də müəyyən edilib.