276
14:51
19 Avqust 2019

“Xətai” stansiyasında təmir başa çatdı

Bakı metrosunun "Xətai” stansiyasında aparılan əsas təmir işlərinin hamısı başa çatdırılıb.

Bu barədə Lent.az -a "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda son abadlıq işləri aparılır: “Xətai” stansiyasında aparılan əsaslı təmir başa çatdırılıb. Hazırda son tənzimlənmə işləri aparılır. Abadlıq və səliqə-səhman yaradılır”.

B.Məmmədov stansiyanın açılacağı dəqiq tarixi açıqlamasa da, yaxın vaxtlarda sərnişinlərin istifadəsinə veriləcəyini qeyd edib.