Avro-2020 oyunları ilə əlaqədar UEFA rəsmiləri Bakıya gəlib
19 avqust 2019 14:23 (UTC +04:00)

Avro-2020 oyunları ilə əlaqədar UEFA rəsmiləri Bakıya gəlib

UEFA-nın 70 nəfərlik heyəti Bakıya işgüzar səfərə gəlib
 
 
UEFA nümayəndələrinin bu gün Bakıya işgüzar səfəri başlayıb. 
 
APA-nın məlumatına görə, səfərdə məqsəd 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının oyunlarına hazırlıq işləri ilə tanış olmaqdır.
 
70 nəfərlik heyətlə paytaxtımıza gələn Avropa futbol təşkilatının nümayəndələri oyunların təşkilati prosesinə aidiyyəti olan müxtəlif sahələr üzrə işlərin gedişi ilə tanış olacaqlar. UEFA nümayəndələrinin səfəri avqustun 22-dək davam edəcək. Həmin gün, eyni zamanda, Avro-2020-nin UEFA sponsorlarının da nümayəndələri Bakıya gələcək, Bakı Olimpiya Stadionu, şəhərimizdəki otellər, Fan zonanın təşkil olunması planlaşdırılan ərazilərlə tanış olacaqlar.
 
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, Avro-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması BOS-da təşkil olunacaq.
 
# 736
avatar

Oxşar yazılar