Sosial şəbəkədə tanış olduğu qadını şantaj edən şəxs tutuldu
19 avqust 2019 12:23 (UTC +04:00)

Sosial şəbəkədə tanış olduğu qadını şantaj edən şəxs tutuldu

 
 
Qusarda qadını şantaj edən şəxs saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 17-də Qusar rayon sakini olan bir qadın  Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.  
 
O, ərizəsində avqust ayında “İnstagram” sosial şəbəkəsində tanış olduğu naməlum şəxsin onunla danışmayacağı təqdirdə intim şəkillərini yayacağı ilə hədələdiyini bildirib.
 
Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini R.Həsənov saxlanılıb. 
# 426
avatar

Oxşar yazılar