Bakıda “BMW X5”lə vurulan piyada öldü
19 avqust 2019 12:00 (UTC +04:00)

Bakıda “BMW X5”lə vurulan piyada öldü

 
 
Bakıda piyadanın ölümü  ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın məlumatına görə, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Səfərəlizadə Rasim Qasım oğlu idarə etdiyi “BMW X5” markalı, 90-NX-191 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçən 40-45 yaşlarında, naməlum kişini vuraraq ağır bədən xəsarəti yetirib. 
 
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
 
Faktla bağlı araşdırma aparılır. 
# 512
avatar

Oxşar yazılar